Qadın sürücü maşını aşırdı, 4 nəfər yaralandı

18 İyul 2017 21:48 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, Naftalan şəhərində yerləşən sanatoriyalardan birinin qadın rəhbəri öz işçilərini – 3 qadını evlərinə aparan zaman idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobilinin qarşısına qoyun çıxıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Qəza zamanı müxtəlif xəsarətlər alan 4 qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların Gəncədə olan tibb müəssisələrdən birinə aparılması nəzərdə tutulub.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.