Con Lennonun qatili üçün imzaladığı albom hərraca çıxarılır - yarım milyon dollara

19 İyul 2017 00:00 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhurların əşyalarını satan Moments in Time agentliyi yeni lotun ilkin satış qiymətinin 500 min dollar olacağını bildiriblər.

Lennon 1980-ci ildə dekabrın 8-də öldürülüb.

Mark Çepmen Lennonun Manhettendə yerləşən evinin qarşısında ondan avtoqraf alıb, cəmi 5 saat sonra isə ona atəş açaraq öldürüb.

Əfsanəvi musiqiçi "Double Fantasy" albomunu həyat yoldaşı Yoko Ono ilə birlikdə yazdırıb.