Qarpızın içindən çıxan hər kəsi təəccübləndirdi - Video

18 İyul 2017 23:36 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu halın vətəndaşa satılan qarpızın xarab olması ilə əlaqədar olduğunu deyir.

Qarpız satanlar isə buna səbəb kimi həmin qarpızın tarladan gec yığılması və köklərinin yanması ilə əlaqədar olduğunu deyirlər. Onların sözlərinə görə, qarpız alarkən onun saplağına fikir vermək lazımdır.

Dövlət Fitosanitar Nəzarəti Xidmətindən isə bildirildi ki, əgər vətəndaşlar belə hallarla qarşılaşırlarsa, 16-52 çağrı mərkəzinə müraciət edə bilərlər. Bu halda qarpızın satıldığı yerdən nümunə götürülərək analiz aparılacaq.