Mərkəzi dəmir yolu xəstəxanası yenidən təşkil olunub

19 İyul 2017 09:08 (UTC+04:00)

Azərbaycan Dövlət Dəmir Yolu Mərkəzi Dəmir yol xəstəxanası yenidən təşkil olunub və adını dəyişib.

"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, yenidən təşkil olunma və ad dəyişmə nəticəsində xəstəxana "Azərbaycan Dəmir Yolları" QSC "Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmir yolu xəstəxanası" MMC-yə çevrilib.

AzNews.az