Fransa Silahlı Qüvvələrinin rəhbəri istefa verdi

19 İyul 2017 11:53 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi büdcə islahatları məsələsində prezident Emmanuel Makron ilə Pyer de Viyer arasında ziddiyyətin olması göstərilir.

General bildirib ki, hazırkı vəziyyətdə o, Fransanın müdafiəsini təmin etmək üçün lazım olan ordu modelinin davamlılığına zəmanət verə bilmir.

Bəxtiyar Abbasov

AzNews.az