"Lotu Quli" Sabirabadlı Hikmətin qohumuna niyə "oğru" adı vermədi? - Həmin “sxodka”da...

19 İyul 2017 14:33 (UTC+04:00)

Lent.az-ın məlumatına görə, məsələnin kökü çox uzaqlara gedib çıxır. Söhbət ondan gedir ki, avtoritetlərin hər ikisi eyni vaxtda Bayıl həbsxanasında cəza çəkərkən Quliylə Hikmət arasında insident baş verib. Quli oğru qanunlarına zidd gedərək Azərbaycan kriminal avtoritetlərinin arasında “böyük qardaş” kimi çağırılan “Sabirabadlı Hikmət”ə əl qaldırıb.

Bu hadisədən sonra Moskvada 11 nəfər qanuni oğrunun toplaşdığı “sxodka” keçirilib. Həmin “sxodka”da Qulidən qanuni oğru adının alınması ilə bağlı qərar qəbul olunub. Bu qərar Azərbaycanının və MDB ölkələrinin bütün həbsxanalarına göndərilib.

Məhz bu hadisədən sonra azərbaycanlı “qanuni oğru”lar arasında ikitirəlik yaranıb, Quliylə Hikmət isə düşmənə çevriliblər. Quli və onu dəstəkləyən avtoritetlər qeyd etdiyimiz “sxodka”da çıxarılan qərarı indi də qəbul etmirlər.

Yeri gəlmişkən, həmin qərarı dəstəkləyənlərdən biri də Rövşən Lənkəranski olub.

AzNews.az