İcazəsiz satılan 309 dini ədəbiyyat müsadirə edildi

19 İyul 2017 17:00 (UTC+04:00)

DİN-dən AzNews.az-a verilən məlumata görə, dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdıqlarına görə 10 nəfər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.

Həmin şəxslərdən 309 ədəd dini təyinatlı ədəbiyyat, 34 ədəd CD disk aşkar edilərək götürülüb. Ümumilikdə, cari ilin 6 ayı ərzində "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə, 138 nəfər saxlanılaraq şəhər-rayon polis şöbələrinə gətirilib. Onlardan 1066 ədəd dini ədəbiyyat, 102 ədəd CD və DVD, 16 ədəd audio kaset, 94 ədəd jurnal aşkar edilərək götürülüb. Görülmüş tədbirlər nəticəsində 1 fakt üzrə cinayət işi başlanılıb.

Götürülmüş dini təyinatlı ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilməsi üçün DQİDK-ya göndərilib.