Ələsgər Məmmədoğlu işsizlikdən gileyləndi

14 Fevral 2013 10:26 (UTC+04:00)



"Nə qədər seriallar çəkilir, birindən dəvət almamışam. Mən də aktyoram, niyə məni dəvət etmirlər. Yəni, o teleseriallarda mənə uyğun rol yoxdur?"

Bunu AzNews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu dedi. Aktyorun bəxti bir məsələdə də gətirməyib. Belə ki, onun adı prezident mükafatçıları siyahısından da çıxarılıb: "Bu mükafat dolanışıq yerim idi. Yenə nə yaxşı ki, rollar var. Təskinliyi onlarla tapıram".

Bahar Rüstəmli
AzNews.az