At 2 yaşlı uşağı dişləyib, yaraladı

19 İyul 2017 21:36 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, valideynləri ilə istirahətə gələn 2 yaşlı Hüseynov Kənan Anar oğlu oynamaq istəyərkən atın başını qucaqlayıb. Valideynləri isə onun şəkilini çəkmək istəyiblər. Bu zaman at uşağın sinəsindən dişləyərək ona xəsarət yetirib.

Uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta ağırdır.