Sürücülərin diqqətinə! - Parkomatların ilk 15 dəqiqəsi pulsuzdur (Video)

19 İyul 2017 23:23 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, bu hal isə sürücülərlə parkomat nəzarətçiləri arasında mübahisələrə səbəb olur. Sürücülər bildirir ki, parkomat təsir zonasında avtomobili hətta 5 dəqiqə saxladıqda belə onlardan pul tələb edilir.

Yol hərkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, "Yol hərkəti haqqında” qanunun 53-cü maddəsinə edilən dəyişikliyə əsasən parkomatların təsir zonasında ilk 15 dəqiqə ərzində ödəniş etmədən avtmobil saxlamağa icazə verilir.

Şəhərdəki bir neçə parkomat nəzarətçisinə yaxınlaşıb bu dəyişiklikdən xəbərdar olub-olmadığını öyrənmək istəsək də , onlar kameranı görən kimi ərazidən uzaqlaşdılar.

Əksər sürücünün də bu dəyişiklikdən xəbəri yoxdur.

Müşahidlərimiz onu da göstərdi ki, ilk 15 dəqiqənin pulsuz olmasına dair nə parkomatlar, nə parkomat qəbzlərinin üzərində hər hansı məlumat qeyd edilməyib.