Ərəblərə xas geyinən Xuraman Şuşalı əsəbiləşdi: “Geyimimdən sizə nə?” + Video

20 İyul 2017 11:11 (UTC+04:00)

Sözü gedən toyda müğənni, “xınayaxdı” mərasimlərinin aparıcısı Xuraman Şuşalının ərəblərə xas geyimi müzakirələrə səbəb olub. Geyiminə görə tənqid olunan sənətçi sosial şəbəkədə şərh bölməsini bağlayıb.

Müğənni Xuraman Şuşalı AzNews.az-a açıqlamasında onu təhqir edənlərin zövqünə görə geyinmədiyini bildirib:

“Kiminsə fikiri mənə maraqlı deyil. Mənim öz ağılım var. İstədim ki, toyda özəl olum və oldum da, vəssalam, mənə burası maraqlı idi. Deyilənlər haqqında qətiyyən düşünmürəm. Mənə ağıl verənlərə səslənirəm, necə istəyirəm elə də yaşayıram, geyimimdən sizə nə?”.

Bahar RÜSTƏMLİ

AzNews.az