Lapşinə hökm oxundu - 3 il həbs cəzası

20 İyul 2017 11:48 (UTC+04:00)

"Report"un xəbərinə görə, hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə A.Lapşin 3 il müdətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror A.Lapşinə 6 il 6 ay cəza verilməsini istəmişdi.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

AzNews.az