İlham Əliyev Belçika kralını təbrik etdi

20 İyul 2017 18:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Belçika Krallığının milli bayramı – Kralın Andiçmə Günü münasibətilə Sizi və Sizin simanızda bütün belçikalıları öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.