Kiyevdə axtarışda olan azərbaycanlı 20 güllə yarasından ölüb

20 İyul 2017 18:37 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin verdiyi xəbərə əsasən, ilkin məlumata görə, atəş "Kalaşnilov" avtomatı və tapançadan açılıb.

Qatillər avtomatı hadisə yerində qoyaraq qaçıblar. Meyitin üzərində 20 güllə yarası aşkar edilib.

Qeyd edək ki, A.Məmmədov üç ildir Rusiyanın Kemerovsk vilayətində münaqışə nəticəsində həmyerlisini öldürməkdə şübhəli bilinərək axtarışa verilib.