“Qəbələ” çətin sınaq qarşısında

20 İyul 2017 20:46 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, son 2 ildə qrup mərhələsində yarışan “Qəbələ”ni səfərdə çətin oyun gözləyir.

Roman Qriqorçukun komandası Polşada “Yagelloniya”nın qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə 1:1 hesabı qeydə alınıb. Odur ki, mərhələ adlamaq üçün “Qəbələ” qələbə qazanmalı, ən pis halda bol qollu heç-heçəyə nail olmalıdır.

Oyun Bakı vaxtilə 22:30-da başlayacaq.