"Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Bert Skufs

20 İyul 2017 21:09 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belçikanın Azərbaycandakı səfiri Bert Skufs deyib.

O bildirib ki, ölkəsinin Dağlıq Qarabağ ilə bağlı mövgeyi aydındır və Belçika münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.

"Günahsız mülki şəxslərin onların heç bir aidiyyati olmadığı səbəblərə görə həlak olması məni şoka saldı, bu, faciədir. İki həftə əvvəl baş verənlər, əlbəttə, problemin sülh yolu ilə nizamlanmasına töhvə vermir", - səfir vurğulayıb.