AzNews.az ARB-yə istinadən xəbər verir ki, ərzaq, geyim və elektron avadanlıqları satılan 12 mağaza yanıb.
Sahibkarlar hdaisədən səhər saatlarında xəbər tutublar. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Zaur Hümbətov - Sahibkar: "9 mağazanın birləşməsidir. 210 minlik malım var idi içəridə. Dünən axşam da faktura ilə gələn 21 minlik mallarım var. Toplamda 230 minlik malım məhv olub".
Malik Seyidəliyev - Sahibkar: " 70 minə yaxın malım var maqazində. Nə var hamısı yanıb, bir dənə şey çıxası deyil. 10 ildə yığdığım maqazin bir gündə yandı".
Ətrafdakı mağazalarda quraşdırılan müşahidə kameralarının görüntüləri də götürülüb.