Putinin qol saatı 1 milyon avroya satıldı - Foto

20 İyul 2017 23:23 (UTC+04:00)

AzNews.az BBC-yə istinadən xəbər verir ki, bu bahalı saat platinli korpusla, əbədi təqvimlə və qızıl siferblatla işlənib. Həmin saat məhdud sayda istehsal olunub.

Bu saat yalnız xüsusi müştərilər tərəfindən məxsusi sifarişlə əldə oluna bilər. Alıcı hərracda bu saata 1,054 milyon avro ödəyib.

Pathek Philippe-dən bildirilib ki, zəmanət pasportunda saatın faktiki alıcısının adı göstərilir və heç bir halda başqa adamın adı ola bilməz. Bu səbəbdən, həmin saatın Putinə məxsus olması ilə bağlı heç bir şübhə qalmır.