"Zirə" və "İnter" mübarizəni dayandırdı

20 İyul 2017 23:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, turnirdə mübarizə aparan təmsilçilərimizdən "Zirə" və "İnter" mübarizəni dayandırıb.

“Dalğa Arena”da keçirilən "Zirə"-"Astra" oyununda qol vurulmayıb. İlk oyunda "Zirə" 3-1 hesabı ilə məğlub olub.

“İnter” isə Lüksemburqda "Fola" ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Halbuki, ilk oyunda "İnter" minimal hesablı qələbə qazanmışdı.