Türkiyə və Yunanıstanda şiddətli zəlzələ və sunami - 2 ölü, 90 yaralı + Video

21 İyul 2017 09:40 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Yunanıstanın Kos adasında qeydə alınıb.

Təbii fəlakət nəticəsində 90 nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə, zəlzələ, eyni zamanda, sunami ilə müşayiət olunub. Əsasən, Bodrum və Datça rayonlarında daha çox dağıntılar baş verib. Zəlzələdən sonra 50-yə yaxın əlavə təkan qeydə alınıb. Təkanların 3 həftə ərzində davam edə biləcəyinə dair əhaliyə xəbərdarlıq edilib.

Sahil regionunda isə onlarla iş yeri və evi su basıb. Dalğalar avtomobilləri sürükləyib. Təlaşa qapılan insanlar gecəni çöldə keçiriblər.

Dağıntılar eyni zamanda Yunanıstanda da qeydə alınıb. Kos adasında 2 nəfərin öldüyü bildirilir.

Bəxtiyar Abbasov

AzNews.az