Bu il Azərbaycanda 41 nəfəri ilan sancıb

21 İyul 2017 12:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov keçirdiyi mətbuat konfransında deyib.

Azər Maqsudov ilan sancmasından 41, əqrəb sancmasından isə 3 nəfərin müraciət etdiyini bildirib. O, bu rəqəmin ötən illə müqayisədə az olduğunu qeyd edib.