Əfqanıstanda 98 terrorçu zərərsizləşdirildi

21 İyul 2017 14:38 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində azı 98 terrorçu zərərsizləşdirilib. Onların arasında müxtəlif terror qruplaşmalarının, o cümlədən, “Taliban” və “İŞİD” qruplaşmalarının da üzvləri var.

Əməliyyatlar zamanı 36 nəfər yaralanıb, həmçinin, çoxlu sayda silah-sursat da müsadirə olunub.

Son günlərdə “Taliban” silahlılarının hərbçilərə və polislərə qarşı hücumları artıb.

Bəxtiyar Abbasov

AzNews.az