Bakıda otelin qarşısında atışma

21 İyul 2017 15:05 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sürücü avtomobildə hadisə yerini tərk etdikdən 15-20 dəqiqə sonra geriyə qayıdıb odlu silahdan havaya atəş açıb, avtomobilini arxaya verərkən orada dayanan "Toyota" markalı avtomobili vurub və oranı tərk edib.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin dövlət qeydiyyat nişanları müəyyən edilib və hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakini Ramil Mirzəyev tutulub. Ondan "Stoger" markalı ov tüfəngi götürülüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.