Əl-Əqsa Məscidi ətrafında qarşıdurmalar – Çoxlu sayda yaralı var

21 İyul 2017 15:50 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, məscidin ətrafında İsrailin Silahlı Qüvvələri ilə cümə namazına gələn müsəlmanlar arasında qarşıdurma yaşanıb. Qarşıdurmalar nəticəsində çoxlu sayda insanın yaralandığı bildirilir.

İsrail hərbi qüvvələri yaranan vəziyyətlə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Qüds şəhəri rəhbərliyi bir müddət əvvəl əl-Əqsa Məscidinə girişi məhdudlaşdırıb.

Bəxtiyar Abbasov

AzNews.az