57 yaşlı kişinin meyiti tapıldı

21 İyul 2017 15:43 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, meyit Göygöl şəhərində yolun kənarında aşkarlanıb. Müayinə zamanı ölən şəxsin rayon sakini, 1960-cı il təvəllüdlü Əliyev Aftandil Meydanəli oğlu olduğu məlum olub.

Müayinə zamanı meyitin üzərində heç bir xəsarət izləri aşkarlanmayıb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az