Məmmədyarov Macarıstana gedəcək

21 İyul 2017 15:55 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarov Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

3-4 noyabr 2014-cü ildə Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasına rəsmi səfər edib.