Jurnalistlərin binası multimedia xidmətləri ilə pulsuz təchiz olunacaq

21 İyul 2017 17:39 (UTC+04:00)

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, sözügedən binadakı 255 mənzil Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti (BTR MMC) tərəfindən yeni nəsil optik şəbəkə avadanlığı olan GPON (Giqabit Passive Optical Network) əsasında genişzolaqlı multimedia xidmətləri ilə təmənnasız olaraq təchiz olunacaq. Bundan başqa, pulsuz olaraq hər bir mənzil üçün nömrə resursunun ayrılması da təmin ediləcək.

Artıq layihələndirmə işləri başa çatdırılıb. Yaxın müddətdə binaya telefon və optik internet xətlərinin çəkilişinə başlanılacaq.

Binanın sakinləri BTR MMC tərəfindən “Üç bizimlə” layihəsi çərçivəsində sərfəli tariflə eyni paketdə təqdim olunan yüksək keyfiyyətli telefon, internet və rəqəmli televiziya xidmətlərindən də yararlana bilərlər.