7 icra məmuru vəzifəsindən azad edilib

21 İyul 2017 19:31 (UTC+04:00)

AzNews.az Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə nazirlikdə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirədə deyilib.

Müşavirədə o cümlədən, xidmətin 20 əməkdaşının intizam məsuliyyətinə cəlb olunduğu vurğulanıb, bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması halları və digər nöqsan və çatışmazlıqlar icra qurumlarının rəhbərlərinin nəzərlərinə çatdırılaraq onların aradan qaldırılması tələb edilib.