"BakuBus"dan avtobusda itən qızıl dolu oyuncaqla bağlı açıqlama

21 İyul 2017 19:52 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, şirkət olaraq “BakuBus" avtobusunun salonunda itirilmiş əşyalara görə cavabdehlik daşımırlar: “Bu, salonda quraşdırılmış lövhədə də göstərilib. Ancaq biz sərnişinlərimizin məmnuniyyətini qazanmaq üçün itirilmiş əşyaları aşkar edərkən onlara təhvil veririk. Hətta bununla bağlı qaynar xətt proqramında əlavə bölmə də yaradılıb. Ancaq təəssüf ki, bəzən avtobusda unudulan əşyaların digər sərnişinlərimiz tərəfindən götürülməsi hallarına da rast gəlmək olur. Bu zaman biz əşyasını itirən sərnişinə polisə müraciət etməsini tövsiyyə edirik. Polis orqanlarından daxil olan rəsmi sorğu əsasında əşyanın itirildiyi və ya digər sərnişin tərəfindən götürülməsi təxmin edilən vaxtın görüntüləri çıxarılaraq polis orqanlarına göndərilir. Bundan sonra isə artıq hüquq-mühafizə orqanları hadisəni araşdırıb qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirirlər”.

M.Piriyev əlavə edib ki, qeyd olunmuş hadisə ilə bağlı onlara hələ ki, rəsmi sorğu daxil olmayıb. Rəsmi müraciət daxil olarsa, məlumatlar və videogörüntülər polis orqanlarına təhvil veriləcək.