Ötən gün intihar edən Çesterin həyat yoldaşından gözlənilməz etiraf - "Onun ölümünə görə şadam!" (Foto)

21 İyul 2017 20:33 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, xakerlər onun Tvitter hesabını ələ keçirərək, bir neçə tvit atıblar. Həmin tvitlərdə yazılıb ki, guya Talinda Çesterlə puluna görə görüşüb və onun ölməsinə görə şaddır.

"Mən elə etdim ki, o, intihar etsin."

"Düşünürəm ki, artıq vaxtıdır, deməliyəm. Mən Çesterə Mayk Şinoda ilə xəyanət etmişəm."

Təbii olaraq, bu tvitlər Linkin Park qrupunun fanatlarını qəzəbləndirib. Bir müdət sonra isə həmin yazılar sosial şəbəkədən silinib.

Qeyd edək ki, ifaçı ötən gün Los-Ancelesdə Palos Verdes Estates-də şəxsi villasında ölü tapılıb.

Özünü asmaqla intihar edən 41 yaşlı ifaçı uzun illər alkoqol və narkotik asılılıqdan əziyyət çəkirdi.

Fəridə Abdullayeva

AzNews.az