Neftçalada 23 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

21 İyul 2017 21:44 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 50 kilometr aralıda yerləşən Xolqaraqaşlı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 23 yaşlı Xaqani Xanağa oğlu Səfərovu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.