Türkiyə yenə silkələndi - Video

22 İyul 2017 00:00 (UTC+04:00)

AzNews.az Hürriyet-ə istinadən xəbər verir ki, yerli vaxtla 20:09-da baş verən zəlzələ Datçada qeydə alınıb.

Yeraltı təkanlar nəticəsində xəsarət alanlar və dağıntılar barədə araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Türkiyənin Egey dənizi sahillərində yerli vaxtla 01:31 radələrində rixter cədvəli ilə 6.7 bal gücündə zəlzələ baş verib.

Təbii fəlakət nəticəsində 90 nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə, zəlzələ, eyni zamanda, sunami ilə müşayiət olunub. Əsasən, Bodrum və Datça rayonlarında daha çox dağıntılar baş verib. Zəlzələdən sonra 50-yə yaxın əlavə təkan qeydə alınıb. Təkanların 3 həftə ərzində davam edə biləcəyinə dair əhaliyə xəbərdarlıq edilib.