Neft 1 dollardan artıq ucuzlaşdı

22 İyul 2017 10:54 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,15 dollar və ya 2,45% azalaraq 45,77 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,28 dollar və ya 2,60% azalaraq 48,02 dollar olub.

AzNews.az