Zibillikdə silah-sursat tapılıb

14 Fevral 2013 12:22 (UTC+04:00)


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Beyləqan rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisindəki məişət tullantıları atılan sahədən 1 ədəd "AK-74" markalı avtomat, 21 ədəd avtomat patronu və 1 ədəd patron darağı tapılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az