Qızıl 9 dollara yaxın bahalaşıb

22 İyul 2017 11:36 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,47% - 7 452,91 bəndədək, Almaniya DAX-ı 0,47% - 12 240,06 bəndədək, Fransa CAC-40-ı isə 1,57% - 5 117,66 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,90 dollar artaraq 1 261,00 dollara, gümüş isə 0,11 dollar bahalaşaraq 16,46 dollara satılıb.

AzNews.az