Rusiyada yol qəzasında iki Azərbaycan vətəndaşı xəsarət alıb

22 İyul 2017 12:12 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, hadisə Stavropol diyarının Budenovsk rayonunda baş verib. Mikroavtobusun sürücüsü, 27 yaşlı Azərbaycan vətəndaşı idarəetməni itirib, nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində dörd nəfər xəsarət alıb, iki nəfər ölüb. Xəsarət alanlardan ikisi Azərbaycan vətəndaşıdır.

Sürücünün bundan əvvəl də yol qaydalarını pozduğu, lakin məsuliyyətə cəlb olunmadığı bildirilir.

AzNews.az