“VAZ-2106” oğurlandı

22 İyul 2017 16:22 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Biləsuvarın Çaylı kənd sakini Bayram Əliyevə məxsus “VAZ-2106” markalı avtomaşın naməlum şəxs tərəfindən oğurlanıb. Biləsuvar polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini Telman Rüstəmov saxlanılıb.

Fakt araşdırılır.

AzNews.az