Ərdoğan Makronla danışdı

22 İyul 2017 18:00 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, telefon danışığı zamanı regional məsələlər müzakirə edilsə də, ikitərəfli əlaqələrə də toxunulub. İki lider, Qüdsdəki Hərəm-i Şərifdə fələstinlilərə qarşı məhdudiyyətlər və insan itkiləri səbəbiylə yaşanan gərginlikdən dolayı narahatlıq duyduqlarını ifadə edərək, problemin həlli və sülhün təmin edilməsi üçün birgə səy sərf edəcəkləri barədə razılığa gəlib.

Gərginliyə son verəcək addımların bir an əvvəl atılması lazım olduğunu ifadə edən iki lider, Suriya və Liviyadakı son hadisələr haqqında da fikir mübadiləsi aparıblar.

Prezident Ərdoğan və fransalı həmkarı Makron, Körfəzdə Qətər mövzusunda yaşanan gərginliyə də toxunub.

Ərdoğanın bu çərçivədə Səudiyyə Ərəbistanı, Küveyt və Qətərə edəcəyi səfərdə də qeyd olunan görüşdə, problemin dialoq və müzakirə ilə həllinin əhəmiyyəti olduğu vurğulanıb.