Masallıda "VAZ" aşdı - Sürücü yaralandı

22 İyul 2017 19:59 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı-Yardımlı yolunda, Masallının Qəriblər kəndi ərazisində qeydə alınıb. Masallının Ərkivan qəsəbə sakini 1970-ci il təvəllüdlü Süleyman Ramazan oğlu Abdullayevin idarə etdiyi “VAZ-21011” markalı avtomaşın hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Nəticədə sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Fakt araşdırılır.

AzNews.az