Universitetdə zəhərlənənlərdən biri məşhur jurnalistin oğlu imiş

23 İyul 2017 11:32 (UTC+04:00)

AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, zəhərlənən abituriyentlərdən biri aparıcı Tahirə Məmmədqızının oğludur. Bu haqda aparıcı özü məlumat verib:

“Oğlumu digər zəhərlənənlərlə birlikdə 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə apardıq. Hazırda evdəyik. Vəziyyəti qənaətbəxşdir. Xəstəxanaya çatdırılanda durumu çox pis idi. Bir saat bizdən hər şeyi gizlətdilər. Çox qorxdum. Allahıma şükür edirəm ki, hər şey yaxşı qurtardı”.