"Barcelona" Neymarı yola gətirdi - "Daha çox braziliyalı futbolçu alacağıq" (Video)

23 İyul 2017 12:44 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, katalon klubunun rəhbərliyi 25 yaşlı futbolçuya söz verib ki, daha çox həmyerlilərini kluba dəvət edəcək.

Söhbət "Liverpul"da çıxış edən Filippe Koutinyo, "Quancjou Everqrand"da oynayan Poulinyo və "Santos"un futbolçusu Lukas Limadan gedir.

Hazırda klubda Neymardan başqa daha 2 braziliyalı - yarımmüdafiəçilər Marlon və Rafinya Alkantara var. Hər iki oyunçu əsas heyətdə oynamır.

Qeyd edək ki, International Champions Cup çərçivəsində keçirilən "Barcelona" - "Yuventus" oyununda (2-1) Neymar dubla imza atıb.