Yetim Eyvaz vəfat etdi

23 İyul 2017 16:20 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, şair ağciyər xəstəliyindən əziyyət çəkirmiş. Dünən axşam vəziyyəti yaxşı olsa da, iyulun 23-ü səhər saatlarında qəfildən halı pisləşib. Təcili olaraq Siyəzən Mərkəzi Xəstəxanasına aparılsa da, o dünyasını dəyişib.

Mərhum doğulduğu Siyəzənin Qərəh kəndində dəfn olunacaq.

Allah rəhmət eləsin!