Şahzadə Uilyam və Harri şahzadə Diananın ölümündən danışdı - "Kaş qəzadan öncə daha çox söhbət edəydik" (Foto)

23 İyul 2017 18:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, filmdə Britaniya kral ailəsinin ən parlaq simasının həyatından bəhs ediləcək. Filmdə Diananın oğlanları şahzadə Uilyam və Harrinin geniş müsahibəsi yer alıb.

Onların sözlərinə görə, Diananın ölümü günü telefonda anaları ilə daha çox danışa bilmədiklərinə görə hələ də peşmandırlar.

"20 il ötüb. Lakin, mən Harri ilə onun haqqında danışmağa hələ də özümüzü hazır hiss etmirik. İndi isə hisslərimizi bölüşməyin tam vaxtıdır. Biz heç vaxt geniş ictimaiyyət üçün belə səmimi müsahibə verməmişik. Ən təəssüf etdiyim məqam həmin gün anamla daha çox danışa bilməməyimdir. Belə anları geri qaytarmaq istəyirəm."

Fəridə Abdullayeva

AzNews.az