"Evdə tək" filminin ulduzu oteldə ölü vəziyyətdə tapıldı - Foto

23 İyul 2017 19:11 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun yaxınlarının verdiyi məlumata görə, o, otel otağında tək-tənha vəfat edib. Onun meyitini isə otelin xadiməsi aşkar edib.

Con uzun müddət həkim nəzarətində idi. O, onurğa sistemindəki ağrılardan əziyyət çəkirdi. O, müalicə almaq üçün Stanford Medical Center xəstəxanasına müraciət edib. Müalicəsini davam etdirmək üçün xəstəxananın yaxınlığındakı oteldə yaşayırdı.