Bakıda maşınla italiyalı qadını vurub qaçdılar

23 İyul 2017 21:09 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsində baş verib. Hələlik markası və nömrəsi müəyyən edilməmiş avtomobil İtaliya vətəndaşı, 1969-cu il təvəllüdlü Sabrina Roççini vurub. Qadın xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Qəzanı törədən sürücü axtarılır.