Müsavatın qapısını hördülər- FOTOLAR

14 Fevral 2013 13:22 (UTC+04:00)

"Bu gün qərargaha bir neçə kisə qum gətirilib. Evlər İdarəsinin rəhbəri mənə dedi ki, bir azdan daş da gətiriləcək və qərargahınızın qapısı hörüləcək".

Bu barədə AzNews.az-a Müsavat Partiyası Lənkəran şəhər təşkilatının sədri Yadigar Sadıqov məlumat verib. Y.Sadıqovun sözlərinə görə, təşkilatı qərargahdan çıxarılması istiqamətində bir neçə gündür iş aparılır:

"Ofisin əsas qapısını bağlayırlar. Bizə deyirlər ki, alternativ qapıdan istifadə edin. Həmin qapı da Qarabağ veteranlarına məxsus ofisin qapısıdır. Faktiki həmin ofisdən 3 ildir ki, istifadə edilmir. Bəs biz ofisə necə daxil olacağıq?! Bütün bunlar təşkilatı qərargahdan çıxarmağa hesablanıb. Bu gün ofisə gedib möhürü və bir neçə vacib sənədləri götürdüm".

İlkin
AzNews.az