İranda 92 nəfər içkidən zəhərləndi – 5 nəfər öldü

24 İyul 2017 11:27 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən 5-i ölüb, 3 nəfərin isə vəziyyəti ağırdır.

Məlumata görə, zəhərlənənlərdən 43 nəfər xəstəxanaya yerləşdirilib.

İranda alkoqollu içkilərin qadağan olunmasına baxmayaraq, bu içkilər ev şəraitində gizli şəkildə istehsal edilir. Ölkə qanunlarına görə, alkoqollu içki alqı-satqısı ilə məşğul olan şəxslərə 6 aydan 1 ilə qədər həbs cəzası verilir və 74 qırmanc vurulur. Alkoqollu içki içənlərə isə 80 qırmanc vurulur.

Bəxtiyar Abbasov

AzNews.az