İki övladını yatan yerdə “kuvald”la yaralayan ata... - Qanlı hadisənin təfərrüatı

24 İyul 2017 12:09 (UTC+04:00)

Kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Bərdə rayonu, Hacallı kənd sakini, 49 yaşlı Saday Əliyev son vaxtlar psixi pozğunluqdan əziyyət çəkirmiş:

“Saday Əliyevin imkanları, həyat səviyyəsi yüksək olub. Problemli ailə olmayıb. Çox gözəl ailəsi olub. Sadəcə olaraq, son bir ayda əsəb pozğunluğu yaşayırdı. Bir neçə dəfə müalicə almışdı. Dünən gecə hamı yatandan sonra, Saday Əliyev sakitcə evə keçib, arvadı yatdığı yerdə “kuvald”la onu öldürüb. Daha sonra isə iki övladını yatan yerdə “kuvald”la yaralayaraq, özünü asıb”.

Hazırda uşaqlar Bərdə Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunur:

“Uşaqların vəziyyəti ağırdır. Onların gələcək sağlamlığı haqqında nəsə demək çətindir”.

Bahar RÜSTƏMLİ

AzNews.az