İran rialı tümənə dəyişdi

24 İyul 2017 13:02 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 1 tümən 10 riala bərabərdir.

İranda indiyə qədər rial rəsmi pul vahidi olsa da, xalq arasında, adətən, tümən kimi ifadə olunurdu. Lakin hökumətin yeni qərarından sonra tümən artıq rəsmi pul vahidi statusunu qazanıb.

Bəxtiyar Abbasov

AzNews.az