Şəhərin meri olan pişik öldü

24 İyul 2017 15:22 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Stabbs 20 yaşında ölüb. O, demək olar ki, ömrünün bütün ilini mer vəzifəsində “çalışmaqla” keçirib. Stabbs yuxuda ikən dünyasını dəyişib.

Stabbs 1998-ci ildə 900 sakindən ibarət şəhərin qeyri-rəsmi meri vəzifəsinə seçilib.

Pişik 2013-cü ildə itin hücumuna məruz qalıb.

Bəxtiyar Abbasov

AzNews.az